Xəzər Xəbər

Koronavirusun “omikron” ştamı dünyanın 20 ölkəsinə və regionuna yayılıb

Dünya | 16:39 • 30 Noyabr 2021
Koronavirusun “omikron” ştamı dünyanın 20 ölkəsinə və regionuna yayılıb

Koronavirus infeksiyasının “omikron” ştamı dünyanın 20 ölkəsində və regionunda qeydə alınıb və bu ştama yoluxma hallarının sayı artmağa davam edir.

CNN telekanalı xəbər yayıb ki, son 24 saat ərzində İspaniyada, Avstriyada, Yaponiyada, həmçinin Fransanın xarici regionu olan Reunion adasında “omikron” ştamına ilk yoluxma halları qeydə alınıb. Bundan öncə isə bu ştam Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika Respublikası, İsveç, Böyük Britaniya və Çinin Honkonq regionunda aşkar edilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında daha yoluxucu mutasiyalar səbəbindən “omikron” ştamının dünyada sürətlə yayılma ehtimalının yüksək olduğu deyilir. Həmçinin təşkilat yeni ştamla bağlı qlobal riskin son dərəcə yüksək olduğu barədə xəbərdarlıq edir.

Qeyd edək ki, “omikron” ştamı ilk dəfə cari ilin noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi digər ştamlara nisbətən daha sürətlə yayıldığı və çox sayda mutasiyaya malik olduğu üçün təhlükə yarada bilər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti