Xəzər Xəbər

Türkiyədə “qum fırtınası” zəncirvarı qəzaya səbəb olub

Dünya | 15:49 • 30 Noyabr 2021
Türkiyədə “qum fırtınası” zəncirvarı qəzaya səbəb olub

Türkiyədə baş verən “qum fırtınası” Konya-Ankara magistralında ağır zəncirvarı qəzaya səbəb olub.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qəflətən tüğyan edən fırtınanın yaratdığı duman yolda görmək imkanını məhdudlaşdırıb. Bu səbəbdən bir neçə maşın idarəetməni itirib. Nəticədə otuza yaxın avtomobil bir-birinə çırpılıb. Yaralıların olduğu bildirilir.

Qeyd edək ki, hazırda Türkiyədə əlverişsiz hava şəraiti davam edir. Ölkə əhalisinə xəbərdarlıq edilib ki, insanlar ciddi zərurət olmadıqda evdən çıxmasınlar.

Xəbər lenti