Xəzər Xəbər

Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb bu hala saldılar

Dünya | 14:37 • 30 Noyabr 2021
Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb bu hala saldılar

Aslı İlhan haqqını məhkəmədə axtarsa da, verilən qərardan narazıdır.

XəzərXəbər xəbər verir ki, Türkiyənin Antalya şəhərində yaşan Aslı İlhan 2 noyabr 2020-ci il tarixində sosial şəbəkədə reklamını gördüyü gözəllik salonlarından birinə üz tutub.

Zərərçəkənin iddiasına görə, lazer epilyasiyası zamanı gözəllik salonunun işçisi telefonla sevgilisi ilə dalaşırmış. Bu zaman o əlindəki lazer cihazını qadının üzündə unudub və cihaz bir neçə saniyyə sonra qadının üzünü yandırmağa başlayıb. İlkin tibbi yardımdan sonra qadına üzündə heç bir izin qalmayacağı deyilsə də, bir müddət sonra yanıq izləri daha da dərinləşib.

Üzünün hər tərəfi yanan qadın polis bölməsinə gedərək şikayət edib. Polis işi araşdırdıqdan sonra məhkəməyə göndərib.

Məhkəmə üzündə 2-ci dərəcəli yanıq xəsarəti alan Aslı İlhanın işini yekunlaşdırıb.

Qərara görə, gözəllik mərkəzinin sahibi A.A gündəlik 20 lirədən 168 gün məhkəmə cəriməsi ödəyəcək.

Bu qərar isə zərərçəkmişin narazılığına səbəb olub. Aslı İlhan ona verilən 3 min 360 lirəni maddi və mənəvi təzminat hesab etmədiyini bildirib: "Üzümün yanmasından 1 il keçib. Bir il ərzində nələr çəkdiyimi mən və vəkilim bilirik. İşimiz bitdi, amma qəbullanmaq istəmirəm. Çünki 3 min 360 lirə bir ilimi qaytarmır. Hüquq mübarizəm davam edəcək. Başqalarının da belə qurban olmasını istəmirəm”./azxəbər

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti