Xəzər Xəbər

Co Baydendən “Omicron” ştamı ilə bağlı AÇIQLAMA: Panikaya ehtiyac yoxdur

Dünya | 13:38 • 30 Noyabr 2021
Co Baydendən “Omicron” ştamı ilə bağlı AÇIQLAMA: Panikaya ehtiyac yoxdur

ABŞ prezidenti Co Bayden "Omicron” variantı ilə bağlı panikaya ehtiyac olmadığını deyib.

Ağ Ev sahibi hələlik qapanmaya getmək istiqamətində hər hansı danışıqların aparılmadığını qeyd edib. Lakin Bayden əlavə edib ki, məhdudiyyətlər barədə qərar insanların peyvənd olunmaları və maska istifadə etmələrindən asılı olaraq dəyişə bilər. "Peyvənd şirkətləri, lazım olan halda, yeni vaksin planlamalarını işə salacaq”, - deyə Bayden deyib.

Digər tərəfdən, ABŞ daxilində qapanmaların müzakirə obyekti olduğu bildirilib. Belə ki,Florida qubernatoru Ron DeSantis, idarə etdiyi əyalətdə bağlanmalara icazə verməyəcəyini söyləyib. 2024-cü il prezident seçkilərində adı keçən respublikaçı qubernator, "İşimizə zərər vurmalarına, məktəblərimizin fəaliyyətlərinin dayandırılmasına icazə verməyəcəyik”, - deyə o söyləyib.

Qeyd edək ki, 8 Afrika ölkəsinə səyahət qadağası qoyan ölkələr arasında ABŞ da var.

Xatırladaq ki, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Avstraliya kimi ölkələr də Cənubi Afrikadan gələn insanların girişinə qadağa qoyub./Sfera.az

Xəbər lenti