Xəzər Xəbər

Ermənistanın sabiq müdafiə naziri daha 2 ay həbsdə qalacaq

Dünya | 11:42 • 29 Noyabr 2021
Ermənistanın sabiq müdafiə naziri daha 2 ay həbsdə qalacaq

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan daha 2 ay həbsdə qalacaq.

Bu barədə sabiq nazirin vəkili Sergey Ovannisyan “Azadlıq” radiosuna bildirib. 

Onun sözlərinə görə, məhkəmə David Tonoyanın həbsi ilə bağlı məsələyə 3 gün ərzində baxıb, qərar noyabrın 27-də dərc olunub.

Qeyd edək ki, 2018-2020-ci illərdə müdafiə naziri postunu tutan D. Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, təxminən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə, saxtakarlıqda ittiham olunur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024