Xəzər Xəbər

Çexiya hökumətinə yeni rəhbər təyin edilib

Dünya | 18:46 • 28 Noyabr 2021
Çexiya hökumətinə yeni rəhbər təyin edilib

Çexiya dövlətinin rəhbəri Miloş Zeman Demokratik Vətəndaş Partiyasının lideri Peter Fialanı Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin edib.

Bu münasibətlə bu gün dövlət başçısının iqamətgahında xüsusi mərasim keçirilib.

Mərasim qeyri-adi rejimdə keçirilib: Miloş Zemanın COVID-19 testi müsbət nəticə verdiyi üçün o, şüşə arakəsmə arxasında idi.

Peter Fiala ona göstərilmiş etimada görə Prezidentə təşəkkürünü bildirib. O, yeni hökumətin güclü və sabit olacağını vəd edib və ölkədə mövcud çətinliklərin aradan qaldırılmasında yeni hökumətə kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar