Xəzər Xəbər

Aİ bəzi ölkələrdən səyahətlərə məhdudiyyətlər tətbiq edib

Dünya | 14:42 • 28 Noyabr 2021
Aİ bəzi ölkələrdən səyahətlərə məhdudiyyətlər tətbiq edib

Avropa İttifaqına (Aİ) üzv ölkələr COVID-19 infeksiyasının yeni B.1.1.529. ştamı (Omicron) aşkarlanan Afrikanın 7 ölkəsindən səyahətləri dayandırmaq qərarına gəliblər.

Botsvana, Esvatini, Lesoto, Mozambik, Namibiya, Cənubi Afrika Respublikası və Zimbabvedən Aİ ölkələrinə bütün giriş-çıxışlar müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Afrika ölkələrində aşkarlanan B.1.1.529 ştamının 32 mutasiyaya malik olduğu bildirilir.

Xəbər lenti