Xəzər Xəbər

Türkiyədə avtobus aşıb, 22 nəfər yaralanıb

Dünya | 13:44 • 28 Noyabr 2021
Türkiyədə avtobus aşıb, 22 nəfər yaralanıb

Türkiyədə “Bizim İğdır” şirkətinə məxsus avtobusun aşması 22 nəfərin yaralanmasına səbəb olub.

Yerli media xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Ərzincan-Sivas şosesində, Akarsu kəndinin yaxınlığında baş verib. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükanda nəzarəti itirməsi olub. Avtobus yolun kənarına aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır dəyərləndirilir.

Xəbər lenti