Xəzər Xəbər

Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb

Dünya | 12:30 • 28 Noyabr 2021
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb

Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 261 087 872 nəfərə yüksəlib.

Bu barədə Con Hopkins Universtiteti tərəfindən yayılan məlumatda bildirilib.

Bilirilir ki, dünyada virusun yayılmasının başlanğıcından indiyədək 5 195 232 nəfər koronavirusdan dünyasını dəyişib.

ABŞ-da 48 202 463 COVID-19-a yoluxma halı aşkar edilib, 776 536 xəstə ölüb. Hindistanda COVID-19-a yoluxanların sayı 34 572 523 nəfərə çatıb, 468 554 nəfər ölüb. Braziliyada pandemiya zamanı 22 076 863 yoluxma və 614 186 ölüm halı qeydə alınıb.

Xəbər lenti