Xəzər Xəbər

Ermənistanda son sutkada COVID-19-dan 29 nəfər ölüb

Dünya | 11:20 • 28 Noyabr 2021
Ermənistanda son sutkada COVID-19-dan 29 nəfər ölüb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 337 931 nəfərə çatıb.

Yerli medianın yaydığı məlumata görə, ötən sutka ərzində daha 409 nəfər COVİD-19-a yoluxub, 29 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7514 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 439 nəfərə yüksəlib.

Xəbər lenti