Xəzər Xəbər

27 rusiyalı diplomat yanvarda ABŞ-ı tərk edəcək

Dünya | 10:50 • 28 Noyabr 2021
27 rusiyalı diplomat yanvarda ABŞ-ı tərk edəcək

Gələn ilin əvvəlində 27 rus diplomat ABŞ-ı tərk edəcək.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. 

Rusiya mediasına danışan səfir bidirib ki, yanvarın 30-da 27 rusiyalı diplomat ailəsi ilə birgə ABŞ-ı tərk edəcək. 30 iyunda isə eyni sayda amerikalı diplomat vətənə qayıdacaq.
Antonovun sözlərinə görə, diplomatların arvadlarının akkreditasiyası geri alınır, uşaqlarına isə viza verilmir. ABŞ ailə ənənələrinə qarşı ehtiyatla davransa da, bu yanaşma ailənin siyasi bölünməsidir.

Vaşinqtonun davranışını birtərəfli adlandıran diplomat əlavə edib ki, ABŞ Moskva ilə yalnız öz maraqlarına uyğun məsələləri müzakirə edir. Ölkənin sanksiya siyasəti isə dəyişmir.

Xəbər lenti