Xəzər Xəbər

İsveçrədə vaksin referendumu keçirilir

Dünya | 10:33 • 28 Noyabr 2021
İsveçrədə vaksin referendumu keçirilir

Bu gün İsveçrədə vaksin sertifikatları ilə bağlı referendum keçirilir.

"Sky News" xəbər yayıb ki, referenduma cəmi 1 məsələ çıxarılıb: “Siz Federasiya Şurasının 19 mart 2021-ci ildə qəbul etdiyi COVID-19 qanununun dəyişdirilməsinə razısınızmı?”.

İsveçrə analoji səsverməni həyata keçirən ilk ölkədir. Fransızdilli medianın məlumatına görə, bu referendum vaksin əleyhdarı olan 3 QHT tərəfindən gündəmə gətirilib və kifayət qədər tərəfdaş toplaya bilib. Onların başlıca tələbi vaksin sertifikatlarının (COVID-19 pasportu) ləğv edilməsidir.

Xəbər lenti