Xəzər Xəbər

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır

Dünya | 17:56 • 25 Noyabr 2021
Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında vasitəçi rolunda çıxış etməyə hazırdır.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

M.Zaxarova deyib: “Təsdiqləyə bilərəm ki, Ermənistan Yerevan və Ankara arasında vasitəçilik köməyi barədə müraciət edib. Bildiyiniz kimi, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və buna səy göstərib. Ölkəmiz bundan sonra da bu məsələyə hər cür yardım etməyə hazırdır”.

Onun sözlərinə görə, Yerevan Rusiyadan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında vasitəçilik barədə xahiş edib. Rusiya bu köməyi göstərməyə hazırdır. “Bu prosesin başlanması regionda ümumi vəziyyətin yaxşılaşmasına, mehriban qonşuluq və inam mühitinin formalaşdırılmasına kömək edərdi”, - deyə RF XİN-in nümayəndəsi əlavə edib. (AZƏRTAC)

Xəbər lenti