Bu gün Beştəpədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
İclasda daxili və beynəlxalq terrorla mübarizə əməliyyatları və regional məsələlər müzakirə olunacaq.
İclasın gündəliyi:
• Terror təşkilatının qış bazasına qarşı daxildə və xaricdə aparılan əməliyyatlarla bağlı son vəziyyət
• Sahədən gələn kəşfiyyat hesabatlarına uyğun olaraq yeni əməliyyatlar
• Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı vəziyyət
• Regional hadisələr başlığı altında Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla sahədəki son vəziyyət
• Yunanıstanın və Şərqi Aralıq dənizinin yunan hissəsinin təxribatçı addımlarına qarşı atılacaq addımlar
• Əfqanıstan, Liviya və Qarabağdakı son vəziyyət dəyərləndiriləcək./publika.az