Xəzər Xəbər

COVID-19-un təhlükəli yeni ştamı aşkarlandı: Bu şəxslər daha tez yoluxur

Dünya | 09:52 • 25 Noyabr 2021
COVID-19-un təhlükəli yeni ştamı aşkarlandı: Bu şəxslər daha tez yoluxur

Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb.

B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.

Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Xəbər lenti