Xəzər Xəbər

İsveçdə ilk dəfə qadın baş nazir seçildi

Dünya | 15:12 • 24 Noyabr 2021
İsveçdə ilk dəfə qadın baş nazir seçildi
İsveç parlamentində keçirilmiş səsvermə nəticəsində Sosial-Demokrat İşçi Partiyasının rəhbəri Maqdalena Andersson ölkənin yeni baş naziri təyin olunub.
 
O, İsveçin ilk qadın baş naziri olacaq.
 
M.Andersson 2014-cü ildən İsveçin maliyyə naziri olub.
 
Qeyd edək ki, sabiq baş nazir Stefan Löven noyabrın əvvəlində istefa vermişdi. Hazırda o, keçid hökumətinə rəhbərlik edir.

Xəbər lenti