Xəzər Xəbər

Gürcüstan İsraillə birgə avtomat istehsalına başlayıb

Dünya | 14:32 • 28 Oktyabr 2021
Gürcüstan İsraillə birgə avtomat istehsalına başlayıb

Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə NATO standartlarına uyğun GI -4 (5.56) avtomatlarının istehsalına başlanılıb.

Müasir silahların istehsalı bu gün açılan Gürcüstan-İsrail birgə müəssisəsində həyata keçiriləcək.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze bu gün müəssisəyə baş çəkiblər və istehsal prosesinə baxış keçiriblər.

Müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın Müdafiə Qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub.

Gələcəkdə digər silah-sursatların da istehsalı planlaşdırılır. (“Report”)

Xəbər lenti