Xəzər Xəbər

Ərdoğan və Bayden Qlazqoda Qarabağı müzakirə edəcəklər

Dünya | 21:32 • 27 Oktyabr 2021
Ərdoğan və Bayden Qlazqoda Qarabağı müzakirə edəcəklər

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

XəzərXəbər xəbər verir ki, söhbət zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçiriləcək ikitərəfli görüşün gündəliyi müzakirə edilib.
 
Liderlərin F-35 məsələsi, həmçinin Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Şərqi Aralıq dənizi və Yunanıstandakı vəziyyət ətrafında fikir mübadiləsi aparacağı razılaşdırılıb.
 
Qeyd edək ki, Qlazqo İqlim Sammiti 31 oktyabr - 12 noyabr tarixlərində baş tutacaq.

Xəbər lenti