Xəzər Xəbər

Ermənistanın dövlət borcu artır

Dünya | 10:11 • 27 Oktyabr 2021
Ermənistanın dövlət borcu artır

Ermənistanın dövlət borcu artaraq 9 milyard dolları ötüb.

Yerli “Joxovurd” qəzeti yazır ki, sentyabrın 30-na olan məlumata əsasən, Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar və yaxud 4 trilyon 369 milyard dram təşkil edib.

Bildirilir ki, avqust ayı ilə müqayisədə dövlət borcu 86 milyon dollar artıb. Bu borc il ərzində isə 1 milyard 184 milyon dollara yüksəlib.

Məlumata görə, dövlət borcunun böyük hissəsini xarici dövlət borcu təşkil edir ki, bu da 8 milyard 564 milyon dollardır.

Xəbər lenti