Xəzər Xəbər

ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar

Dünya | 08:21 • 27 Oktyabr 2021
ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar

ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinin (FDA) mütəxəssisləri "Pfizer/BioNTech" vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiq etməyə çağırıblar.

Xezerxeber.az xəbər verir ki, qərarı komissiyanın 17 üzvü dəstəkləyib. Yaxın vaxtlarda ekspertlərin tövsiyəsi FDA rəsmiləri tərəfindən nəzərdən keçiriləcək və müraciətlə bağlı yekun qərarı veriləcək.

Bundan əvvəl, "Pfizer/BioNTech" vaksini 12-15 yaş arası uşaqların peyvənd edilməsi üçün oxşar sertifikatlaşmadan keçib, 16 yaş və daha yuxarı olanlarda istifadə üçün təsdiq edilib.

Xəbər lenti