Xəzər Xəbər

İran və Pakistan XİN rəhbərləri arasında görüş keçirilib

Dünya | 08:06 • 27 Oktyabr 2021
İran və Pakistan XİN rəhbərləri arasında görüş keçirilib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və ölkədə səfərdə olan Pakistana XİN rəhbəri Şah Mehmud Qureşi arasında görüş keçirilib.

Xezerxeber.az xəbər verir ki, Əfqanıstanla qonşu dövlətlərin nazirlərinin İranın paytaxtı Tehranda keçiriləcək toplantı ərəfəsində baş tutan görüşü zamanı Əfqanəstandakı vəziyyət, habelə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Əmir Abdollahian qeyd edib ki, ölkəsi Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin qurulmasının hamı üçün ən mühüm siyasi strategiya olduğuna inanır.

Pakistanlı nazir Qureşi bildirib ki, bu çətin günlərdə ölkəsi Əfqanıstanın yanındadır. Nazir əlavə edib ki, Pakistan İranla bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə sadiqdir və İranı yaxın qonşu, mühüm ölkə hesab edir.

Xəbər lenti

Çox oxunanlar