Xəzər Xəbər

Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk edib

Dünya | 08:02 • 27 Oktyabr 2021
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk edib

Angela Merkelə rəsmi olaraq Almaniyanın kansleri postundakı səlahiyyətlərinin bitməsilə bağlı bildiriş təqdim olunub.

Xezerxeber.az-ın xarici mediaya istinadən məlumatına görə, sənədi ölkə prezidenti Frank-Valter Ştaynmayer təqdim edib.

Amma Angela Merkel rəsmi olaraq xələfi seçilənədək kansler vəzifəsini icra edəcək. Almaniyanın kansleri postuna ən real namizəd kimi Sosial-Demokrat partiyasının lidero Olaf Şolts göstərilir. Onun rəhbərlik etdiyi partiya sentyabr ayında keçirilmiş seçkilərdə 25,7%-lə qalib gəlmişdir.

Xəbər lenti