Xəzər Xəbər

İtaliyanın sabiq daxili işlər naziri 15 ilədək həbs cəzası ala bilər

Dünya | 14:09 • 24 Oktyabr 2021
İtaliyanın sabiq daxili işlər naziri 15 ilədək həbs cəzası ala bilər

İtaliyanın sabiq daxili işlər naziri Matteo Salvini 15 ilədək həbs cəzası ala bilər.

 M.Salvini 2019-cu ilin avqustunda Aralıq dənizində 160-dək miqrantı xilas edən “Open Arms” yardım gəmisinin günlərlə limana yanaşmasına icazə vermədiyi üçün mühakimə olunur.

Sabiq nazir “Open Arms” gəmisi ilə bağlı məsələdə, eləcə də qanunu pozmaqda ittiham edilir. O, təqsirli bilinərsə, 15 ilə qədər həbs cəzası ala bilər.

M.Salvini Siciliya adasının Palermo şəhərində keçirilən məhkəmədə ölkənin sərhədlərini qorumağın hər kəsin borcu olduğunu və onun öz vəzifəsini yerinə yetirdiyini deyib. Məhkəmə növbəti prosesin dekabrın 17-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, “Open Arms” gəmisi yalnız 19 gün sonra məhkəmə qərarı ilə İtaliyanın Lampedusa adasına yan ala bilmişdi.

M.Salvininin rəhbərlik etdiyi “Lig” partiyası və “5 Ulduz Hərəkatı”nın yaratdığı koalisiya hökuməti 2018-ci ilin iyunundan 2019-cu ilin avqustuna qədər hakimiyyətdə olub. O, Baş nazirin müavini və daxili işlər naziri vəzifələrini icra edib. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti