Xəzər Xəbər

İranda 3 minə yaxın məhkum əfv olunub

Dünya | 13:06 • 24 Oktyabr 2021
İranda 3 minə yaxın məhkum əfv olunub

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin sərəncamına əsasən, 2825 məhkum əfv olunub.

Ali Rəhbərin administrasiyasından verilən açıqlamada bildirilir ki, Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə imzalanan sərəncamla əfv olunan məhkumların bir qismi azadlığa buraxılıb, bəzilərinin isə cəza müddəti azaldılıb.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin mövludu günü ilə əlaqədar olaraq İranda hər il əfv sərəncamı imzalanır. (AZƏRTAC)

Xəbər lenti