Xəzər Xəbər

KTMT-yə üzv ölkələrin təlimləri başa çatıb

Dünya | 10:41 • 24 Oktyabr 2021
KTMT-yə üzv ölkələrin təlimləri başa çatıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin silahlı qüvvələri eyni vaxtda Tacikistanda “Eşelon-2021”, “Axtarış-2021” və “Qarşılıqlı fəaliyyət-2021” adlı üç operativ təlim keçirib.

Tacikistan mediasının yaydığı məlumata görə, “Momirak” və “Xarbmaydon” poliqonlarında keçirilən təlimlərə 4 min hərbçi, 500 texnika, o cümlədən 20 Su-24MP və SU-24 hərbi təyyarələri, 20 Mİ-8MTB və Mİ-24 helikopterləri, 15 pilotsuz uçuş aparatı cəlb olunub.

Təlimlərdə sərhədlərin təhlükəsizliyinin qorunması ilə bağlı şərti düşmənin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Xəbər lenti