Xəzər Xəbər

Özbəkistanın başçısı prezident seçkilərində səs verib

Dünya | 10:20 • 24 Oktyabr 2021
Özbəkistanın başçısı prezident seçkilərində səs verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bazar günü keçirilən prezident seçkilərində səs verib.

Bu barədə "gazeta.uz" məlumat yayıb.

Qeyd edək ki, Mirziyoyevin özü də Özbəkistan Liberal Demokrat Partiyasından ən yüksək hökumət postu uğrunda mübarizə aparır. Qəzetin yazdığına görə, Prezident Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59-cu seçki məntəqəsində səs verib. Onunla birlikdə ailəsinin doqquz üzvü məntəqəyə gəlib.

Xəbər lenti