Xəzər Xəbər

Latviyadakı sovet aerodromu NATO-nun oldu

Dünya | 10:15 • 24 Oktyabr 2021
Latviyadakı sovet aerodromu NATO-nun oldu

Latviyada Lielvarde aerodromu tam şəkildə istifadəyə verilib.

Sözügedən aerodrom NATO qırıcıları üçün ehtiyat uçuş-eniş meydançası rolunu oynayacaq.

NATO komandanlığından verilən məlumata görə, aerodrom sutkanın istənilən vaxtı, istənilən hava şəraitində təyyarələri qəbul etməyə hazır vəziyyətdədir.

Qeyd edək ki, aerodrom 1970-ci ildə sovet hərbçiləri tərəfindən tikilib və Baltikyanı regionda ən böyüklərdən biri hesab olunub.

Xəbər lenti