Xəzər Xəbər

Koronavirusu məğlub etmək mümkündür - Boris Conson çağırış etdi

Dünya | 09:51 • 24 Oktyabr 2021
Koronavirusu məğlub etmək mümkündür - Boris Conson çağırış etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkə vətəndaşlarını koronavirus peyvəndinin 3-cü dozasını vurdurmağa çağırıb.

Bu barədə hökumət başçısının şənbə günü yaydığı bəyanatda deyilir.

“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək. Biz fenomenal irəliləyiş əldə etmişik, lakin işimiz hələ tamamlanmayıb. Məlumdur ki, peyvəndlərin təmin etdiyi qorunma altı aydan sonra zəifləyə bilər. Sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün 3-cü doza üçün dəvət aldıqda peyvənd olunmağa tələsin”,- deyə baş nazir vurğulayıb.

Conson əlavə edib ki, bu virusu məğlub etmək mümkündür: “Elm adamlarını dinləsək və bir-birimizə qayğı göstərsək, virusu məğlub edə bilərik. Bu, hamıya çağırışdır: Peyvəndlər təhlükəsizdir, həyatı xilas edir və pandemiyadan çıxış yoludur”.

Xəbər lenti