Xəzər Xəbər

Subay rus qadınlarının Türkiyəyə səyahəti qadağan edilsin - Rusiyalı deputatdan qalmaqallı çıxış

Dünya | 16:11 • 20 Oktyabr 2021
Subay rus qadınlarının Türkiyəyə səyahəti qadağan edilsin - Rusiyalı deputatdan qalmaqallı çıxış

"Subay rus qadınlarının Türkiyəyə səyahəti qadağan edilsin”.
 
Bunu Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov "Govorit Moskva" radiosuna açıqlamasında deyib. Millət vəkili çıxışında türk kişilərini günahlandırıb.

"Türk kişiləri qadınları içkilərlə sərxoş etməyə çalışaraq onlardan istifadə etmələri ilə məşhurdur. Çox zaman əksər rus qadınları türk kişiləri tərəfindən yoldan çıxarıldıqlarını anlamırlar. "Böyük sevgi"dən dünyaya gələn uşaq onların malı olur. Ana isə bütün haqlardan məhrum edilir”, - deyə deputat qeyd edib.

Milonov həmçinin bu cür sevgi hekayələri ilə bağlı bir çox şikayətlər aldığını bildirib və sözügedən qadağaya ehtiyac olduğunu vurğulayıb./Sfera.az

Xəbər lenti