Xəzər Xəbər

COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər?

Dünya | 08:50 • 20 Oktyabr 2021
COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər?

Koronavirusa qarşı immunitet ömür boyu davam edə bilər.

Bu barədə Nyu-Yorkdakı Rokfeller Universiteti və Sent-Luisdəki Vaşinqton Universitetinin molekulyar biologiya laboratoriyasının alimləri məlumat yayıb.

Əvvəllər elm adamları COVID-19 antikorlarının sürətlə düşməyə başladığına inanır və 1-2 ildən sonra demək olar ki, insan bədənində qalmadığını düşünürdülər. Tədqiqat zamanı alimlər koronavirusu əsasən yüngül keçirən və sağalan 77 nəfərin məlumatlarını təhlil ediblər. Məlum olub ki, 4 aydan sonra onların antikor səviyyələri aşağı düşür. Bununla birlikdə, patogeni xatırlaya bilən və antikor istehsal edən bütün T hüceyrələri koronavirusa qarşı immuniteti qoruyur. Bu hüceyrələr əvvəlcə hərəkətsiz qalsa da, bir infeksiya ilə qarşılaşan kimi yenidən antikor istehsal etməyə başlayır.

O da maraqlıdır ki, elm adamları bunun yalnız xəstəliyi yüngül keçirənlərə aid olduğunu düşünürlər. Alimlər deyirlər ki, bunlar nəzəri nəticələrdir, onları təsdiqləmək üçün yenidən araşdırma aparmaq lazım olacaq./Publika.az 

Xəbər lenti