Xəzər Xəbər

Rusiyada COVID-19-a görə bir həftəlik tətil elan olunması təklif edilib

Dünya | 15:53 • 19 Oktyabr 2021
Rusiyada COVID-19-a görə bir həftəlik tətil elan olunması təklif edilib

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar bir həftəlik tətil elan olunması təklif edilib.

Bu təkliflə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova çıxış edib.

O, oktyabrın 30-dan noyabrın 7-nə kimi qeyri-iş günü elan olunmasını təklif edib.

Qeyd edək ki, Rusiyada koronavirusla bağlı vəziyyət gərginləşib. Son sutka ərzində koronavirusa 33 mindən çox yoluxma halı qeydə alınıb. Virusdan ölənlərin sayında isə pandemiya dövründə ən maksimum göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində 1015 nəfər koronavirusdan ölüb. (APA)

Xəbər lenti

Çox oxunanlar