Xəzər Xəbər

Vaksinsiz də insanların genetikası 2-3 nəsil sonra dəyişəcək Bioloq

Dünya | 10:35 • 19 Oktyabr 2021
Vaksinsiz də insanların genetikası 2-3 nəsil sonra dəyişəcək

Bioloq-virusoloq Ança Baranova koronavirusla bağlı ən pis ssenarinin insanların seleksiyası ola biləcəyini deyib. Onun proqnozuna görə, hətta kovid peyvəndi olmasa belə insanlığın genetik strukturu 2-3 nəsil sonra dəyişəcək.

XəzərXəbər medicina.az-a istinadən xəbər verir ki, alim koronavirusla bağlı ən pis ssenarini açıqlayıb.

"Təkamül nöqteyi-nəzərdən başımıza gələcək ən pis şey insanların seleksiyası ola bilər. Daha həssas genotiplər daha az çoxalmağa başlayacaq. Yəni bu qrup genomlar məhv olmağa doğru gedəcək, tam aradan çıxacaq demirəm. İnfeksiyaya qarşı daha dözümlü genotiplər yaranacaq.

Hətta dərman və vaksin olmadan belə insanlığın genetik quruluşu vəziyyətin tələbinə uyğun dəyişəcək. Ondan sonra kovid insan həyatına ciddi təhlükə olmayacaq".

Xəbər lenti