Xəzər Xəbər

Dörd həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Dünya | 08:55 • 19 Oktyabr 2021
Dörd həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Latviyada koronavirusa yoluxma sayında yüksək artım səbəbindən dörd həftəlik sərt karantin rejimi tətbiq olunacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə Baş nazir Krişyanis Karinş bildirib. Lokdaun 21 oktyabr 15 noyabr tarixlərini əhatə edəcək. Mağazaların əksəriyyəti, əyləncə məkanları və təhsil müəssisələri bağlanacaq. Saat 20:00-dan 05:00-dək vaksin olunmasından asılı olmayaraq, bütün insanlara evdən çıxmaq qadağan ediləcək.

Eyni zamanda kütləvi tədbirlərin keçirilməsi tamamilə qadağandır.

Xəbər lenti