Xəzər Xəbər

ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell öldü

Dünya | 18:18 • 18 Oktyabr 2021
ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell öldü

ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell 85 yaşında dünyasını dəyişdi.

XəzərXəbər xəbər verir ki, bu barədə oktyabrın 18-də onun “Feysbuk” səhifəsində məlumat verilib.

Ölüm səbəbi COVID-19-dan yaranan ağırlaşmalardır.

“ABŞ-ın keçmiş dövlət katibi və Birgə Qərargah Başçısı general Kolin L.Pauell bu səhər COVID-19-un ağırlaşmaları səbəbilə dünyasını dəyişdi. O, tam peyvənd edilmişdi. Biz Valter Rid Milli Tibb Mərkəzinin tibb işçilərinə göstərdikləri qayğıya görə təşəkkür edirik. Biz gözəl və sevən bir əri, atanı, babanı və böyük bir amerikalı itirdik”, - deyə ailəsi sosial şəbəkədə yazıb.

Bu məlumatı CNN telekanalı təsdiqləyib.

Xəbər lenti