Xəzər Xəbər

ABŞ-da polisin açdığı atəş nəticəsində 3 nəfər ölüb

Dünya | 08:41 • 18 Oktyabr 2021
ABŞ-da polisin açdığı atəş nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Arkanzas ştatında bıçaqla silahlanmış təcavüzkardan müdafiə olunan polisin açdığı atəş nəticəsində azı 3 nəfər ölüb.

Bu barədə yerli polis idarəsi məlumat yayıb. 

Hadisə bazar günü ştatın ikinci böyük şəhəri olan Fort Smitdə baş verib.

Polisdən verilən məlumata görə, zabit xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Xəbər lenti