Xəzər Xəbər

Əfqanıstanda partlayış nəticəsində 33 nəfər ölüb

Dünya | 16:38 • 15 Oktyabr 2021
Əfqanıstanda partlayış nəticəsində 33 nəfər ölüb

Əfqanıstanın Qəndahar şəhərində Bibi-Fatimə şiə məscidinin yaxınlığında güclü partlayış törədilib. Partlayış nəticəsində 33 nəfər həlak olub.

"Al Jazeera" telekanalı xəbər yayıb ki, əyalətin ən böyük dini ibadət yerinə çoxlu möminin toplaşdığı vaxt terrorçu üzərindəki partlayıcını işə salıb. Telekanalın məlumatına görə, azı 57 nəfər yaralanıb.

Partlayış barədə informasiyanı “Taliban” hərəkatı da təsdiqləyib. Hadisə yerinə xüsusi təyinatlılar gəlib. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü təqsirkarların məsuliyyətdə yaxa qurtara bilməyəcəyini deyib.

Terror aktının İŞİD tərəfindən hazırlandığı və həyata keçirildiyi bildirilir.

Xəbər lenti