Xəzər Xəbər

Şiddətli döyüşlər başladı

Döyüşlərdə itkilərin olduğu bildirilir
Dünya | 14:55 • 15 Oktyabr 2021
Şiddətli döyüşlər başladı

Cümə günü səhər saatlarında Əfqanıstanın şimal-şərqindəki Bəlx əyalətinin Andarab vadisində Milli müqavimət cəbhəsi ilə “Taliban” hərəkatı arasında şiddətli döyüşlər başlayıb.

"Interfax" informasiya agentliyi xəbər yayıb ki, döyüşlər nəticəsində hər iki tərəfin itkilərə məruz qaldığı bildirilsə də, onların dəqiq sayı məlum deyil.

“Taliban” hərəkatı hələlik hadisəyə şərh verməyib, lakin sosial şəbəkələrdə ordu qüvvələrinin Andarab vadisi istiqamətində hərəkət etdiyini əks etdirən videogörüntülər yerləşdirilib.

Baqlan əyalətinin Puli-Hisar və Dih-Salah bələdiyyələrinin ərazisində də toqquşmalar başladığı və bu istiqamətdə taliblərin 60 nəfərdən çox itki verərək geri çəkildiyi bildirilir.

Bu ərəfədə “Taliban” hərəkatının Müdafiə Nazirliyi tviter hesabında Ataullah Omarinin Məzari-Şərif korpusunun komandiri təyin edildiyi barədə məlumat paylaşıb. Korpusun qərargahı Bəlx əyalətinin administrativ mərkəzi Məzari-Şərif şəhərinin kənarında, Əfqanıstan ordusunun keçmiş 209-cu korpusunun "Şahin" bazasında yerləşir.

Xəbər lenti