Xəzər Xəbər

Uşaqları öldürüb qanını içən "vampir" ləqəbli qatil həbsdən qaçdı - Üç polis saxlanıldı

Dünya | 13:15 • 15 Oktyabr 2021
Uşaqları öldürüb qanını içən "vampir" ləqəbli qatil həbsdən qaçdı - Üç polis saxlanıldı

Keniyada "vampir” ləqəbli cinayətkar həbsdən qaçıb.
 
Masten Milimo Vanjala adlı şəxsin saxlanıldığı polis mərkəzindən yoxa çıxması sabah saatlarında edilən yoxlamalar zamanı bəlli olub.
 
Həmin vaxt iş başında olan 3 polis saxlanılıb. Səlahiyyətli şəxslərin "çox təhlükəli” olaraq adlandırdığı  qatilin yenidən tutulması üçün çalışmalar aparılır.
 
Xatırladaq ki, sözügedən şəxs iyul ayından həbs edilmişdi. Onun 5 il ərzində 10 uşaq öldürdüyü, hətta onlardan bəzilərinin qanını içdiyi məlum olmuşdu./Sfera.az

Xəbər lenti