Xəzər Xəbər

Ermənistanda məmurları ofislərində Paşinyanın portretini asmaq məcbur edirlər

Dünya | 16:04 • 14 Oktyabr 2021
Ermənistanda məmurları ofislərində Paşinyanın portretini asmaq məcbur edirlər

Ermənistanda məmurları ofislərində Nikol Paşinyanın portretini asmaq məcbur edirlər. Bu barədə yerli media yazır.

Ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, baş nazir Nikol Paşinyanın fotoşəkilinin iş otağında asıldığını izah edərək bildirib ki, bu “yeni bir tapşırıqdır”.

Badasyan qeyd edib ki, hüquqi baxımdan belə praktika heç bir şəkildə tənzimlənmir, sadəcə, "belə qəbul olunub".

Qeyd edək ki, hələ də müxalifətçi statusunda olarkən Nikol Paşinyan Serj Sarkisyanı buna görə tənqid edirdi və deyirdi ki, “dövlət qulluqçuları Sarkisyana baxırlar və ondan tapşırıqlar alılrlar".

Xəbər lenti

Çox oxunanlar