Xəzər Xəbər

Etirazçılara atəş açılıb, ölənlər var

Dünya | 14:39 • 14 Oktyabr 2021
Etirazçılara atəş açılıb, ölənlər var

Ötən il avqustun 4-da Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayışın istintaqını aparan müstəntiqlərə etiraz etmək üçün “Hezbollah” və “Amal” hərəkatlarının Ədalət sarayına keçirdikləri yürüş insidentlə nəticələnib.

AZƏRTAC rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, naməlum şəxslər etirazçılara atəş açıblar. Nəticədə 2 nəfər həlak olub, 10 nəfər yaralanıb. Yaralılar hospitala yerləşdirilib.

Beyrutun Bədora meydanına əlavə polis və hərbi qüvvələr cəlb olunub. Hüquq-mühafizə orqanları yürüş iştirakçılarına atəş açan şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Xəbər lenti