Xəzər Xəbər

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 240 milyonu ötüb

Dünya | 14:10 • 14 Oktyabr 2021
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 240 milyonu ötüb

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 249 milyon nəfəri ötüb.

Xezerxeber.az pandemiyanın onlayn statistikasını aparan "worldometer" saytına istinadən xəbər verir ki, bu gün günorta saatlarına olan məlumata əsasən, dünyada koronavirusa 240 milyon 21 mindən çox yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 milyon 891 min 285 nəfərə, sağalanların sayı isə 217 milyon 345 min nəfərə çatıb.

COVID-19 infeksiyasına yoluxanların sayına görə birinci yerdə gedən ABŞ-da yoluxma halların sayı 45 milyon 547 mini, infeksiya səbəbindən həyatını itirənlərin sayı 739,7 min nəfəri keçib.

Yoluxma göstəricisinə görə sonrakı yerlərdə Hindistan və Braziliya qərarlaşıb. Hindistanda 34 milyon 20 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 451 min 469 nəfər vəfat edib. Braziliyada isə pandemiya dövrü ərzində 21 milyon 598 minə yaxın yoluxma halı aşkarlanıb, virusa yoluxanlardan 601 min 643-ü həyatını itirib.

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Xəbər lenti