Xəzər Xəbər

Serj Sarkisyana cinayət işi açıldı

Dünya | 14:48 • 12 Oktyabr 2021
Serj Sarkisyana cinayət işi açıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə xidmətin koordinatoru Daniel İoannisyan məlumat verib.

O bildirib ki, 2008-2017-ci illərdə prezident təyyarəsi Baden-Badenə dəfələrlə qeyri-rəsmi səfərlər edib.

Araşdırma zamanı məlum olub ki, Almaniyanın Karlsrue şəhərinə olan bu uçuşlar zamanı reyslər mövcud qaydalara zidd olaraq prezident aparatından səfər barədə müvafiq ərizələr yazılmadan aparılıb.

Qeyd edək ki, oktybarın 8-də Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət barədə məlumatları Xüsusi İstintaq Xidmətinə göndərib.

Xatırladaq ki, Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.

Xəbər lenti

Çox oxunanlar