Xəzər Xəbər

KXDR lideri Kim Çen In “məğlubedilməz ordu” yaratmağı vəd edib

Dünya | 14:37 • 12 Oktyabr 2021
KXDR lideri Kim Çen In “məğlubedilməz ordu” yaratmağı vəd edib

Şimali Koreya lideri Kim Çen In ABŞ-ın düşmənçilik siyasəti qarşılığında “məğlubedilməz ordu” yaratmağı vəd edib.

AZƏRTAC BBC telekompaniyasına istinadla xəbər verir ki, Kim Çen In bu barədə Pxenyan şəhərində çox sayda hərbi texnikanın nümayiş olunduğu “Özünümüdafiə-2021” sərgisində çıxışı zamanı deyib. O, həmçinin cənub istiqamətində hərbi gücü artırmağa çağırıb və Şimali Koreyanın cənubdakı qonşusu ilə müharibə istəmədiyini vurğulayıb. Kim Çen In, eyni zamanda ABŞ-ı Cənubla Şimal arasında gərginliyi artırmaqda ittiham edib.

Qeyd edək ki Şimali Koreya bu yaxınlarda yeni hipersəs və zenit raketlərini, Cənubi Koreya isə sualtı gəmilərdən buraxılan silahını sınaqdan keçirib.

Birləşmiş Ştatlar Cozef Baydenin prezidentliyi dövründə dəfələrlə Şimali Koreya ilə danışıqlara hazır olduğunu deyib və sanksiyaların yumşaldılmasından öncə Pxenyanın nüvə silahından imtina etməsini tələb edib.

Xəbər lenti