Xəzər Xəbər

“Taliban” hökuməti bütün hərbçilərə xidmətə qayıtmağı təklif edib

Dünya | 14:26 • 12 Oktyabr 2021
“Taliban” hökuməti bütün hərbçilərə xidmətə qayıtmağı təklif edib

“Taliban” hərəkatının formalaşdırdığı Nazirlər Kabineti ölkənin əvvəlki hökuməti zamanı fəaliyyət göstərən bütün müəssisələrin əməkdaşlarına və hərbçilərə xidmətlərinə qayıtmağı təklif edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin mətbuat katibi Kari Səid Hosti TASS informasiya agentliyinə müsahibəsində deyib.

“Əvvəlki rejimin dövründə fəaliyyət göstərən bütün hərbi və mülki işçilərinin hamısı hüquq-mühafizə orqanlarında xidmətlərinə qayıtmaq üçün dəvət alıb”, - deyə o bildirib.

Kabil şəhərində təhlükəsizliklə bağlı vəziyyətindən danışan Kari Səid Hosti deyib ki, Daxili İşlər Nazirliyi, milli təhlükəsizlik orqanları və xüsusi təyinatlılar da daxil olmaqla, bir sıra strukturlar buna cavabdehlik daşıyır. Onların hamısı müstəqil fəaliyyət göstərir. Hər bir şöbəyə müəyyən vəzifəli şəxs tərəfindən nəzarət olunur. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələrinə nazirin özü cavabdehdir.

Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatı paytaxt Kabilə döyüşsüz daxil olaraq ölkədə hakimiyyəti tam ələ keçirib. Prezident Əşrəf Qani öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.

Xəbər lenti