Xəzər Xəbər

Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçilib

Dünya | 14:24 • 12 Oktyabr 2021
Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçilib

Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçilib.

Xezerxeber.az xəbər verir ki, sentyabrın 17-19-da keçirilən parlament seçkilərindən sonra VIII çağırış Dövlət Dumasının ilk iclası baş tutub. Hakim “Yedinaya Rossiya” Partiyasını təmsil edən Vyaçeslav Volodin iclasda Dövlət Dumasının sədri seçilib.

V.Volodin VII çağırış Dövlət Dumasının da sədri olub, eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının üzvü, texnika elmləri namizədi, hüquq elmləri doktorudur.

Xəbər lenti