Xəzər Xəbər

“Taliban” beynəlxalq ictimaiyyətdən 20 ay vaxt istəyir

Dünya | 18:59 • 25 Sentyabr 2021
“Taliban” beynəlxalq ictimaiyyətdən 20 ay vaxt istəyir

"Beynəlxalq ictimaiyyət “Taliban” hərəkatını mühakimə etməzdən əvvəl 20 ay vaxt verməlidir".

TASS-ın yaydığı xəbərə görə, bunu "Taliban"ın Əfqanıstanda elan etdiyi müvəqqəti hökumətin iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif bildirib.

“Biz əvvəlki rejim kimi dünyadan bizə yardım göstərməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya ictimaiyyəti öncəki hakimiyyətə 20 il kömək etdi, amma yenə də onlar uğursuz oldular. Qoy dünya bizə 20 ay versin, sonra uğur qazanıb-qazanmadığımıza dair mühakimə etsin”, - o deyib.

Xəbər lenti