Xəzər Xəbər

Merkelin şərəfinə qızıl sikkələr buraxılıb

Dünya | 18:29 • 25 Sentyabr 2021
Merkelin şərəfinə qızıl sikkələr buraxılıb

Almaniyada qiymətli metalların və sikkələrin satışı ilə məşğul olan onlayn mağazalar ölkə kansleri Angela Merkelin 16 illik dövrünün sona çatmasını xatırladan təmiz qızıldan hazırlanmış suvenir sikkələr satışa çıxarıb.

Xezerxeber.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Angela Merkelin portreti əks olunan qızıl sikkələrdə kanslerin bu vəzifədə çalışdığı illər göstərilib (2005-2021). 0,3 qram ağırlığında olan bir qızıl sikkənin qiyməti 49 avrodur.

Xatırladaq ki, bundan əvvəl Angela Merkel sentyabrın 26-da keçiriləcək Bundestaq seçkilərindən sonra siyasətdən gedəcəyini açıqlamışdı.

Xəbər lenti