Xəzər Xəbər

İran turizm sənayesini bərpa edir

Dünya | 14:17 • 25 Sentyabr 2021
İran turizm sənayesini bərpa edir

İranın turizm sənayesini dirçəltmək üçün viza məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində iş aparılır.

Bu sözləri İranın yeni təyin olunan turizm və mədəni irs naziri İzətullah Zərqami deyib. O bildirib ki, koronavirusa qarşı hər iki doza peyvənd vurduran xarici qonaqlar COVID pasportunu təqdim etməklə sərbəst şəkildə ölkəyə gələ biləcəklər.

İranın keçmiş hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq üçün viza məhdudiyyətləri tətbiq etmişdi. Hazırda İranda COVID-19 infeksiyasının yayılması kifayət qədər azalıb. Sentyabrın əvvəlindən başlayaraq İranda virusa yoluxma və yoluxaraq ölüm hallarında azalma müşahidə edilir ki, bu da bir sıra turizm obyektlərinin fəaliyyətə başlamasına imkan yaradır.

İranda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 24 obyekt var. Bu məkanları ziyarət etmək üçün hər il Avropa və Asiyadan İrana minlərlə turist gəlir. Lakin 2 ildir ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq turizm obyektləri fəaliyyət göstərmir.

Xəbər lenti