Xəzər Xəbər

Rusiya sülhməramlı hərbçilərinin komandanı yenə dəyişb

Dünya | 12:23 • 25 Sentyabr 2021
Rusiya sülhməramlı hərbçilərinin komandanı yenə dəyişb

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

“Sputnik Armeniya” xəbər yayıb ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib. Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə də təqdim edilib.

Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

Xəbər lenti