Xəzər Xəbər

Rusiyada koronavirusa yoluxmada qəfil artım qeydə alındı

Dünya | 17:59 • 24 Sentyabr 2021
Rusiyada koronavirusa yoluxmada qəfil artım qeydə alındı

Rusiyada koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə qərargah COVID-19 statistikasını yeniləyib.

Qərargahdan verilən məlumata görə, Rusiyada son bir gündə koronavirusa yoluxanların sayı 21 438 nəfər artıb, ölkənin bütün bölgələrində yeni xəstələr qeydə alınıb.

Gün ərzində ən çox yeni yoluxma Moskvada - 3445, Sankt-Peterburqda -1698 və Moskva vilayətində - 936 qeydə alınıb.

1 814 nəfər (8,5 %) xəstəliyi klinik simptomlarsız keçirir.

Ən az yoluxma Maqadan vilayəti, Nenets Muxtar Dairəsində və Çukotka Muxtar Dairəsində qeydə alınıb - müvafiq olaraq 19, 15 və 14 nəfər.

Xəbər lenti